"Nə qəribə baxırsan"

96 17 12
                                    

Qəlbimdə izlərinlə,
O gözəl gözlərinlə
Nə qəribə baxırsan,
Aşiq olan görməmisən?
 
Boğazımda qəhər var,
Qəlbimdə çox kədər var.
Nə qəribə baxırsan,
Üzdə yalan görməmisən?
 
Yaşadıqca ölürəm,
Bax mən belə bir güləm.
Nə qəribə baxırsan?
Suyla solan görməmisən?
  
Sən sığmazsan sözlərə,
Baxma, keç bu gözlərə.
Nə qəribə baxırsan,
Yolda qalan görməmisən?
  
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now