"Yuxu kimi həyat"

39 4 7
                                    

Üzə bilmirəm və düşmüşəm selə,
Nə də bir dəfəlik bata bilmirəm.
Yuxuya bənzəyir həyatım elə,
Qaçıram, qaçıram...Çata bilmirəm

Qəlbimə nə batır? Tikandıt? Oxdur?
Bəlkə də ağrıdan yata bilmirəm.
Əlimin taqəti, qüvvəsi yoxdur
Heç nədən yapışa, tuta bilmirəm.
 
Yüksəkdən düşürəm yerə çırpılıb,
Özümü torpağa qata bilmirəm.
Bir də ayılmamaq üçün yıxılıb,
Çıxım mən neçənci qata? Bilmirəm...

Hər kəsdə, hər yerdə xəta, günah var.
Harda eyləmişəm xəta? Bilmirəm.
Alsam yuxu üçün rahat bir məzar,
Bundan daha gözəl əta bilmirəm...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now