"Görünər"

33 4 0
                                    

Bu dünyadan axacaqsan hopmasan
Hopmayana axıb getmək lap asan
Gəlişinin səbəbini tapmasan
Gediş sənə ölüm kimi görünər

Can gərək canlılıq səbəbin qana
Yoxsa heç yaramaz bu can insana
Mənasını dərk etməyən bir cana
Yaşamaq da zülm kimi görünər

Düşüncələr məhkum olan diyarda
Mizan da pozular, doğru meyar da
Ağıl ipi saxlanarsa əyyarda¹
Cəhalət də elm kimi görünər

Özüylə döyüşdə xeyli sərt olan
Bir döyüş ki qalibiyyət şərt olan
Özünə uduzub sonra pərt olan
Hümbət sizə həlim kimi görünər.

- Hümbət İsmayılov

Əyyar¹ - Hiyləgər

"Hər vaxtınız şeir" ...Où les histoires vivent. Découvrez maintenant