Baxın bir kimləri sevib, əzizləyirsiz,
Gündə bir şair ölür, sadəcə izləyirsiz.
Diriyə dəyər verin, siz hələ gözləyirsiz,
O köhnələr bir daha,yenidən doğulsunlar
Onsuzda oxumurlar, yazıb utandırasan.
Yazdığını qanmırlar, öləsən, qandırasan.
Bir dəli şeytan deyir, toplayıb yandırasan,
Şeir anlamayanlar, külündən boğulsunlar.
Fərqi yox sansınlar ki, sözləri goplayıram.
Diqqətimi dağıtmaz, sözləri saplayıram.
Siz dağıdın qəlbimi, sözləri toplayıram,
İmkan verərmi şair sözlərə dağılsınlar?!
Qəlbim mənə deyir ki: daha əkmə gülləri.
Gedənin arxasıyca yola tökmə gülləri
Tikan sevən kəslərə daha çəkmə gülləri,
Bağa layiq olmayan ürəklər dağ olsunlar!
Kimlər ki dəyər verir bizlərə sağ olsunlar!
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!