Bu canı bəxş edən candan uludur!
Nə olsun bu canda yara doludur?
İntihar qorxağın qaçış yoludur.
Qorxaqlara mənsub olmaq istəmirəm!
Şeytan təhlükəli və açıq düşmən.
Nəfs isə hücumu çəkər daxildən.
Döyüşməyən uduzubdur əvvəldən
Döyüşmədən məğlub olmaq istəmirəm!
Ali istək, ali məqsəd, hədəflə
Getməliyəm xeyir gedən tərəflə!
Mübarizə aparmadan şərəflə
Xəcalətli məktub olmaq istəmirəm
Lazım olsa qanla yazılmaq olsun!
Qırılsın ürəyim, xəyal pozulsun!
Qələbəm üstümə qanla yazılsın!
Göz yaşımla mərtub¹ olmaq istəmirəm!
- Hümbət İsmayılov¹mərtub - (ərəb) yaş, nəm, nəmlənmiş
Şəkilləri ilə mübarizəyə (həyata) qatılan qadın : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!