"Tək adlı qadın" (ithaf)

57 10 7
                                    

Önündə hər pillə, hər qatı solan,
Keçən hər dəqiqə, saatı solan.
Duası gül açan, həyatı solan,
Ömrüylə duası təzadlı qadın.
 
Ölür, yaşamağa layiqliyiylə...
Nifrəti böyüyür aşiqliyiylə.
Yenə iradəyə Sadiqliyiylə,
Qalır min dərd ilə tək adlı qadın!
 
Özünün dərdi tək özündə qalan.
Gedişin dərmanı dizində qalan,
Səbrin durğunluğu üzündə qalan,
Ürəyə atılmış fəsadlı qadın.
 
Xoşbəxtlik tapmayıb, məcnunu olmuş.
Qəmli əlifbanın məftunu olmuş,
Hüznü tamamlayıb məzunu olmuş,
Artıq çox bilikli, savadlı qadın...

- Hümbət İsmayılov

NigarSadiq - ə ithaf olundu.

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now