Kitabların müəllifi

25 7 4
                                    

Mən hər gün ayrı can təslim edirəm.
Canı məzarlara təhkim edirəm.
Özümü sizlərə təqdim edirəm :
Oxunmayan kitabların müəllifi.
 
Məndən gələn hər bir nişan, hər ayət
Heç bir qəlbə etməyibdir sirayət.
Fəryad edib boğularaq nəhayət,
Boşa gedən xitabların müəllifi.
 
Min bir həvəs min bir əziyyət ilə
Tanrı verən ilham - məziyyət ilə
Hər birində ümidli niyyət ilə
Dadılmayan qutabların müəllifi...
 
Çiynində çox günah, səhv olub gedir.
Sevinərdi bilsə əfv olub gedir.
Dözə-dözə batıb, məhv olub gedir
Nə dözümlər nə tabların müəllifi.
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now