"Saxtakarlar"

59 12 13
                                    

Yalan ən sevimli, gözəl oyuncaq.

Sizə haqq yetişmir, gərək ki sancaq.

Adam kar olmur ki, eşitmir ancaq,

Qulağı yummaqla, ay saxta karlar!

  

Gör neçə məhəbbət sonuna yetir.

Dünən var olanlar sabahda itir.

Gözümüz önündə ömürlər bitir,

Bizlərik zamana və vaxta karlar...

 

Zəhmətin tikdiyin maddiyyat yıxır,

Əlin sıxan əllər boğazın sıxır.

Gücə sahib olan taxtına çıxır,

Qulağın dayayır o taxta karlar.

  

Qalar qəlbinizdə istək ölərsiz,

Birlikdə yaşadız, tək-tək ölərsiz.

Saxta yaşasaz da, gerçək ölərsiz,

Ölüm sizə uymaz, ay saxtakarlar!
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora