"Ağac"

44 7 4
                                    

Qırıb budaqları aldılar ələ,

Gah da oynadılar yarpaqlar ilə.

Hələ qış bir yana, adamlar elə,

Qışdan daha əvvəl soyutdular ağacı.
 

Ona dost olanlar, yaxın qalanlar,

Sən demə olubmuş yaxın yalanlar.

Sirdaş bildikləri, yaxın olanlar,

Gah qırıb atdılar, gah satdılar ağacı.
  

Yayda dincəldilər, qışda getdilər.

Gölgəsi itəndə, onlar itdilər.

Suyu da boş yerə israf etdilər,

Ona vermədilər, qurutdular ağacı.
  

Bu quru ağacı indi neyləyək?

Gəl kəsək, doğrayaq, odun düzəldək.

Faydalı olsun qoy, qış da gələcək,

Bu cür sözlər ilə ovutdular ağacı.

- Hümbət İsmayılov
Mükəmməl şəkilə görə təşəkkürlər : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now