Bizdə silmir göz yaşını
Saxtalığın at daşını!
Özgələrin boş başını,
Qatsın sizin bayramınız!
Günahsız bir gündü sevinc.
Mənim üçün dündü sevinc.
Saxtalar üçündü sevinc,
Batsın sizin bayramınız!
Verin gözə dolanları!
Verin yarım qalanları!
Sizə gözəl yalanları,
Satsın sizin bayramınız!
Musiqilər xoşmu gəlir?
Ucalt səsi! Yoxsul ölür!
Bu arzuyla sizə gülür,
Çatsın sizin bayramınız!
Batsın sizin bayramınız!
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!