Ağlamalı vəziyyətə bənzəyir
Gülmək haqda gülməyənlər danışır.
Gedənləri gözləyənlər gözləyir,
Gəlmək haqda gəlməyənlər danışır.
İnsan budur, gələcəyin unudur.
Ağlayanda güləcəyin unudur.Ölən kəslər öləcəyin unudur,
Ölüm haqda ölməyənlər danışır...Bilənlərin xətası da bax budur,
Cahilliyin əsası da bax budur,
Həqiqətin bəlası da bax budur,
Bilən susur, bilməyənlər danışır.
Dolaşan bir yola sərf etmə gücün!
Dartılsa yoluna düşəcək düyün.
Təmiz bir gələcək haqqında bugün
Keçmişini silməyənlər danışır.- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!