Tərifi var, rişxəndi var.
Amması var, hərçəndi var.
Həyatın da dörd bəndi var:
Doğum, sevinc, kədər, ölüm.
Dastan olar qanımla sirr.
Gələr dörd bir yanımla kir.
Mən getmərəm onunla bir,
Mənlə birgə gedər ölüm!Bir gecəyəm, orda Ay yox.
Mən bir iləm, yaz yox, yay yox.
Xəsisəm, heç kəsə pay yox,
Yalnız mənə qədər ölüm!
Sən dua et, mən bilərəm,
Yuxuya get, mən gələrəm.
Şeir ölməz! Mən ölərəm,
Qoy olmasın hədər ölüm...
- Hümbət İsmayılovŞəkillərin həyat tapdığı ünvan : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!