"Ədəb"

33 4 5
                                    

Sağlam ruhla ədəbiyyat yaşayır.
Xəstə ruhlar ancaq kağız qaşıyır.
Bu kəlam içində "ədəb" daşıyır,
Ədəbi olmayan anlaya bilməz!

Hər kəs öz payını özündən alsın!
Kəlamı nədirsə, onla ucalsın!
Küçənin sözləri küçədə qalsın,
Onlar kitablarda mənaya gəlməz!

Ədəbli söz yazan günəş tək yanar,
Ədəbsiz o nuru özündən sanar...
Günəş nuru yayar, ay işıqlanar,
Günəşsiz həmin nur heç aya gülməz...
 
Ədəbə vaxtında çalış fikir ver.
Uşaqkən öyrən və həkk elə bir-bir.
Fərqlənir yazılar həkk olunan yer,
Torpaqdan silinər, bil qaya silməz...
 
- Hümbət İsmayılov
İdeya və şəkil : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now