"Yaşanıram"

46 9 5
                                    

Bəlkə xoş bir salamda, ya bir qəmli sağol'da,
Kiminçünsə həqiqi, kiminçünsə nağılda.
Bəlkə hansısa qəlbdə, bəlkə də bir ağılda,
Xatirə tək qalmışam, yaşanıram mən hər gün.

Dağıtsa da hər yanı külək də hərdən gülür.
Yaralara öyrəşir, kürək də hərdən gülür.
Üzümdə var təbəssüm, ürək də hərdən gülür,
Görünsəm də dağ kimi, aşınıram mən hər gün.

Unuduram hər gecə müxtəlif nəfərləri.
Bir parça əksilərək açıram səhərləri.
Tərk edirəm hər kəsi, yoxdur heç xəbərləri,
Yığışdırıb dəyəri daşınıram mən hər gün.

Bu qədər yanıb ürək, hələ eyni axmağam.
Gələ bilmirəm yenə dilə eyni axmağam.
Ağılsızam ağılsız! Elə eyni axmağam!
Yenə kiməsə görə boş yanıram mən hər gün.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now