Bədbinlər yurdunun ölümdür yarı.
Burda dəyərlərin qəmdi meyarı.
Ümidsiz sanmayın siz bu diyarı,
İnanın! Burda heç xəyal qırılmır.
Başın qarışmasın, yaxına gəl bir.
Gəl, gör ki üzlər tək ürəklər gülmür.
Xəyal yoxdur deyə qırıla bilmir,
Çünki, burda daha xəyal qurulmur.
Yoldaş soruşulmaz bir dul adamdan,
Ya da ki azadlıq, bir qul adamdan...
Heç pul istənərmi yoxsul adamdan?
Eyni onun kimi, xəyal sorulmur...
Nə edək? Bədbinlik xoşdur bu anda.
Biz də istəməzdik, olur olanda.
Bir vaxt belə idi, biz yorulanda,
Baxıb görürdük ki xəyal yorulmur...
- Hümbət İsmayılov
Möhtəşəm şəkillərin və mənaların ünvanı : NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!