"Hərə öz dünyasında"

97 20 17
                                    

Gah ayıq bir ömür, gah sərxoş ömür,
Bəzən dolu-dolu, bəzən boş ömür.
Rədd olun yaşayın gözəl, xoş ömür,
Siz öz dünyanızda, mən öz dünyamda!
 
Qovanın qapısına getmirəm daha,
Heç mən öz dadıma yetmirəm daha.
Mən belə axmaqlıq etmirəm daha,
Yoxam yanınızda mən öz dünyamda!
  
Vermişəm özümə getməyin sözün,
Gözlərəm, keçən hər dəqiqəm hüzn.
Mən parlaq Günəşəm! Amma ki sizin,
Çıxmam danınızda mən öz dünyamda!
  
Getsəz bilərdim ki ağrım azaldı
Bilərdim geriyə quru can qaldı.
Mənə can deyənlər canımı aldı,
Öldüm canınızda mən öz dünyamda!
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now