Bəzisi sadəcə tox olmaq üçün,
Bəzisi toxluğu çox olmaq üçün,
Torpağa qovuşub yox olmaq üçün,
Gəlir yer üzünə insan qar kimi.
Kimin işi düşsə edir istilik.
Soyuqda bilinir nədir istilik.
Soyuyur, soyuyur gedir istilik,
Hava da soyuyur insanlar kimi.
Ölmüş övladına ağlayan kəsin,
Ört-basdır eyləyən xoş sözün, süsün,
Məzluma yönələn zalımın səsin,
Eşidib yaşayır insan kar kimi
Ondan özgələrə oldular kölə.
Mənfəət eşqinə pis deyib gülə
Bilmirəm nə üçün bu Tanrı hələ,
Dünyanı yaşadır insan var kimi...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!