"Mənim vətənimdi bura?"

61 12 11
                                    

Mənim vətənimdi bura?
Bəxti qara, günü qara.
Onun torpağında yara,
Hər daşında qan görürəm.
 
Kimsə nəzər salmayıb heç?
İçdə sual qalmayıb heç?
Sanki belə olmayıb heç,
Keçmişində şan görürəm...
   
Niyə gözlərimiz nəmdi?
Niyə yeməyimiz qəmdi?
Odlar yurdu Cəhənnəmdi?
Alovlu dörd yan görürəm.
   
Qolu-qanadı kəsik qalan,
İçində qaynayan yalan. 
Dənizdən göz yaşı olan,
Azərbaycan görürəm.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now