Mənəm bu həyata məni tay edən!
Özümü onun tək kirli, zay edən!"O ki yaratdığın gözəl yaratmış",
Sanki istisnayam mən bu ayədən...Həyata verildik bir uşaq kimi,
Tərbiyyə görmədim mən bu dayədən.Ölümün nuruyla həyatdan çıxıb,
Gedəydim, bezmişəm mən bu sayədən.Şair! Bilirsən ki tək gerçəkdir o,
Ayrılma o ölüm adlı qayədən!
- Hümbət İsmayılovSayə - kölgə
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!