Xarı Bülbül (Axtardığınız deyil)

43 6 19
                                    

(Nədən hər yerin əlvandır,
Köksün altı sarı bülbül?)

Sirrin aşkar etdim asan
Yazım olanları, bülbül!
Köksün altda daşıyırsan

İllərdi odları, bülbül!

Bu torpağın üstü bəzək
Göz yaşıyla açar çiçək
Bəxti qara sərvəti tək
Bitməz ah-zarı, bülbül!

Bax bu fəryad bu aha sən!
Duanı et Allaha sən!
Qorxuram ki bir daha sən
Eşitməzsən tarı, bülbül!

Nələr qazanıldı nədən?
Nələr oldu əldən gedən?
Yaşananlar ürəyindən
Çıxardımı xarı¹ bülbül?
Adın yenə Xarıbülbül...

- Hümbət İsmayılov

Xar¹ - tikan (fars)

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now