Düzü yox, yalnızca səhvi sayıb mən,
Etmişəm nə qədər gör ki ayıb mən.
Səninçün ölümü arzulayıb mən,
O gözəl xətrinə yaman dəymişəm.Məni bağışla ki, şənliyin solub.
Məni bağışla ki, ürəyin dolub.
Pis iş görən zaman cəlladın olub,
Yaxşı işlərinə ağız əymişəm...
Artıq anlamışam səhvimi mən də.
İndi qəlbim gülür üzün güləndə...
Özüm də sevindim bunu biləndə,
Mən səndən hələ də ümidliymişəm...
Hədiyyə göndərib Tanrı bir yarı,
O yarla əridib buzları, qarı.
Sevinclə gözlərəm indi baharı,
Ən təzə köynəyi budur geymişəm...
Mən səndən hələ də ümidliymişəm...- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!