Sənə dönmüş ürəyimi,
Yanıb sönmüş ürəyimi
Götür ölmüş ürəyimi,
Sağlığına qismət olsun!
Bölüb etmişəm tən onu,
Güllər ilə gülşən onu
Yaxşı bilmişəm mən onu,
İstəmirəm həsrət olsun.
Yoxsa mən də gedə billəm...
Sənə nə var sağam, ölləm?
Üzdə günəş kimi gülləm,
Ürəkdə lap zülmət olsun.
Görün necə maraqlıdır
Bu söz iki qıraqlıdır.
Hörmət hörmətə bağlıdır,
Olmaz açıq hörmət olsun...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!