"Yaz mehi"

48 10 4
                                    

Yeni dirçəlişə həvəs verərkən,
Oyanış səsinə o səs verərkən.
Gəlib təbiətə nəfəs verərkən,
Mənim nəfəsimi kəsir yaz mehi.

Yaraya toxunuş böyük qəhrdir
Bu hər il qayıdan dərin bəhrdir
Niyə donur zaman? Bu nə sehrdir?
Söylə bu nə tilsim, nə sirr? Yaz mehi...

Gətirir xəyali masallarımı,
Sanki cavablayır suallarımı.
Toplayır puç olan xəyallarımı,
O gündən bu günə əsir yaz mehi...

Gör onu nə vaxtdır dada bilmirəm.
"Xoş gəldin" demirəm, ona gülmürəm.
Keçmişə qapılıb, geri gəlmirəm,
Tezcə çıxıb gedir, küsür yaz mehi...

- Hümbət İsmayılov

Qəhr - Hiddət, acıq (ərəb)
Bəhr - Dərya, dəniz (ərəb)
 

Möhtəşəm şəkillər üçün təşəkkürlər : şəkilləri dilə gətirən NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now