Ürəyə baxma qəmlidir fəqət bu üz gülər hərdən,
Gördüm yalan da deyirmiş adama güzgülər hərdən.
Yaxınımdır dediklərin uzağa yaxınlaşırsa,
İnan ki doğma olurlar adama özgələr hərdən.
Vicdanım izn verməyib üzə söz deyib qəlb qıram,
Bir gün də utanmaram heç qorxuram üz gələr hərdən.
Gülürəm ki nə mən yorulmayım nə də siz,
Yaranıb yalan olurlar üzümdə cizgilər hərdən.
Oxuyanlar da bəlkə də yorulub, bezib sözümdən,
Təbimdi, mən nə edim ki ürəyə söz gələr hərdən.
Ölümü arzulasanda saxla Hümbət bunu xəlbət!
Ki bilirsən gözlənənlər anidən, tez gələr hərdən.
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!