Eybi yox

13 3 10
                                    

Mən haqqı yazanda nahaqdır deyib,
İsbatın edəndə ağız-göz əyib.
Məşhur yalan desə, alqış eləyib,
Siz mənim haqqıma girdiz, eybi yox.
 
Sənətkar memarıdır öz sənətində.
İnşası saxlayır iz sənətində.
Mən dağlar yaratdım söz sənətində,
Siz özgə təpələr gördüz, eybi yox.
 
Gördüyün iş deyil, önəmli addır.
Adın şanlıdırsa, işin abaddır.
Şöhrətin olmasa tanış da yaddır.
Siz mənə bu dərsi verdiz, eybi yox.

Gördüm ağlayan və gülən gözləri,
Əyridən ayırıb yazdım düzləri.
Mən sizin yolunuz üstə sözləri,
Siz mənə tikanlar sərdiz, eybi yox...

-Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now