Yaman yerdə axşamladıq

30 5 0
                                    

Gördük xeyli hiylə, kələk
Dedik güvənməyək gərək
Elə ondan-bundan kömək
Uman yerdə axşamladıq
 
Kədər qonaq gəldi bizə
Ağır yükü saldı dizə
Xoş arzular qəlbimizə
Daman yerdə axşamladıq.

Başa gəldi nələr-nələr
Küskün ürək hüzur dilər.
Göylərdə heç vermədilər
Aman, yerdə axşamladıq.
 
Düşündükcə özümüzü
İtirdik hər düzümüzü
Həqiqətə gözümüzü
Yuman yerdə axşamladıq.
 
Sonda yara oldu bu can
Axdı-axdı,durmadı qan
Yaxşı gəlmişdik buracan
Yaman yerdə axşamladıq.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora