"Gənc sevinc"

54 6 11
                                    

Olub həyatda nəm süzülmək olmur.
Bəlkə gec yaşadıq? Tez ölmək olmur.
Sevinmək Cəhənnəm, üzülmək olmur,
Nə kədər kədərdir, nə sevinc sevinc.
 
Ölsəm ayağıma gəlib, qaçmayın.
Gülləri düzməyin, gülab saçmayın.
Məzarın başına oyun açmayın,
Barı orda verin bir ödünc sevinc.
  
Bax, payız sonuncu fəsildi, öldüm.
Bu ölüm həqiqi, əsldi öldüm.
Sonuncu ümid də kəsildi, öldüm,
Sonra da sevildim, bax! Gülünc sevinc...
  

Kim nəyi nə qədər yaşaya bilsə
Yaşı o sayılır, ağlasa, gülsə.
Yaşım sizlərə də maraqlı gəlsə,
Mən qoca kədərəm, mən bir gənc sevinc...
 
- Hümbət İsmayılov

Şəkilləri yaşadan, yaşananları şəkillərə sığdıran @NigarSadiq  təşəkkürlər

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now